Paşinyan: Azərbaycanla delimitasiya başa çatdıqdan sonra 3-cü qüvvələrin olmasına ehtiyac qalmayacaqbackend

Paşinyan: Azərbaycanla delimitasiya başa çatdıqdan sonra 3-cü qüvvələrin olmasına ehtiyac qalmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası başa çatdıqdan sonra üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan erməni mediasına müsahibəsində deyib.

Paşinyan Azərbaycanla sülh müqaviləsi üzrə danışıqların gedişindən danışaraq, Ermənistan-Azərbaycan sərhədinin tam delimitasiyasının vacibliyinə diqqət çəkib.

O vurğulayıb ki, delimitasiya prosesi başa çatdıqdan sonra sərhədin hər hansı bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq, çünki eskalasiya riski xeyli azalacaq.

Bundan əlavə, baş nazir bildirib ki, Ermənistan Azərbaycana dəmir yolu əlaqəsini bərpa etmək üçün həll yolu təklif edib və ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində gələcək addımlara müsbət reaksiya gözləyir.

Xuraman Etibarlı

İnterpress.az