Paşinyan: Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmalıdır və quru sərhədini açmaq lazımdırbackend

Paşinyan: Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmalıdır və quru sərhədini açmaq lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmalıdır, quru sərhədini açmaq lazımdır.

İnterpress.az xəbər verir ki, bunu Nikol Paşinyan Dünya Erməni Sammitində regiondakı təhlükəsizlik mühitini necə gördüyü ilə bağlı sualı cavablandırarkən deyib.

O hesab edir ki, Türkiyədə Ermənistanla bağlı təsəvvürdə cüzi dəyişiklik var və ölkələrin xüsusi nümayəndələri arasında aparılan danışıqlar da öz rolunu oynayıb.

Paşinyan etiraf edib ki, bu danışıqların “yerdə” ciddi praktiki nəticələri yoxdur. Lakin o hesab edir ki, burada ünsiyyət faktının özü vacibdir.

“Bizim Gürcüstan və İranla xüsusi, dərin münasibətlərimiz var və mən düşünmürəm ki, uzunmüddətli perspektivdə burada münaqişə potensialı var”, – Paşinyan vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az