Nikol Paşinyan təhlükəsizlik qüvvələrinə 50-yə yaxın din xadimi haqqında məlumat toplamaq üçün onların siyahısını tərtib etməyi tapşırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti hakimiyyətə yaxın mənbələrə istinadən yazır. məlumat yayıb. Bildirilir ki, baş nazir Nikol Paşinyan təhlükəsizlik qüvvələrinə 50-yə yaxın din xadimi haqqında məlumat toplamaq üçün onların siyahısını tərtib etməyi tapşırıb.
Qəzetin yazdığına görə, məqsəd gələcəkdə bu şəxslərə qarşı mümkün tədbirləri planlaşdırmaqdır.
Xuraman Etibarlı
İnterpress.az