Pedofil keşiş 4 il müddətinə HƏBS EDİLDİbackend

Pedofil keşiş 4 il müddətinə HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada uşağa qarşı nalayiq hərəkətlərdə ittiham olunan keşiş 4 il müddətinə ümumi rejimli koloniyaya salınıb. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Tula vilayətindən olan bir uşağa qarşı nalayiq hərəkətlərdə ittiham olunan keşiş Valentin Dudin 4 il müddətinə həbs edilib.

Müzakirə zamanı məlum olub ki, kimsə keşişin hesabından kişilərlə intim yazışmalar aparır, onun fotolarını da kişilərə göndərirmiş.

Qərar Tula vilayətinin Şekino Rayonlararası Məhkəməsi tərəfindən qəbul edilib.

İttiham tərəfi Dudin üçün 5 il həbs və 10 il kilsədə işləməyə qadağa qoyulmasını istəyib – məhkəmə qadağa ilə razılaşıb.

İstintaq zamanı təhlükəsizlik qüvvələri 62 yaşlı Dudinin telefonunu ələ keçirib və LGBT ilə tanışlıq, kişilərlə intim videolar və Dudinin kişilərə görüş təklif etdiyi intim yazışmalarla bağlı axtarış sorğuları tapıb. Həmin şəxsin şəxsi poçtunda da eyni məzmunlu məktublar tapılıb.

Dudin bütün ittihamları rədd edib. Onun sözlərinə görə, yazışmalara heç bir aidiyyəti yoxdur – guya, onun tapşırığı ilə onu oğlu apara bilərdi.

Keşiş onun telefonunda intim foto və videoların haradan gəldiyini izah edə bilməyib. Daha sonra Dudinin oğlu təsdiqləyib ki, o, həqiqətən də atasının adından tanışlıq saytlarında kişilərlə yazışıb, amma bunu sadəcə əylənmək üçün edib. Oğlan daha inandırıcı motiv təqdim etməyib.

12 yaşlı oğlan valideynlərinə bildirib ki, 62 yaşlı keşiş Valentin Dudin ona təcavüz etməyə çalışıb. Bundan sonra uşağın anası onun telefonunda keşişlə qəribə yazışmalar görüb və polisə gedib.

Qadının dediyinə görə, keşişin təqiblərinə görə oğlanın səhhətində problemlər yaranmağa başlayıb; həkimlər ona kəskin stress pozğunluğu diaqnozu qoyublar.

Xuraman Etibarlı

İnterpress.az