“Pensiya alanların sayı ildən-ilə sürətlə azalacaq” – İqtisadçı rəyibackend

“Pensiya alanların sayı ildən-ilə sürətlə azalacaq” – İqtisadçı rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Azərbaycandakı pensiya sisteminə toxunan iqtisadçı Qubad İbadoğlu İnterpress.az-a açıqlamasında deyib.

O, bildirib ki, hazırda minimum məbləğlə pensiya hüququnu əldə etmək üçün sığorta hesabınızda ən azı 40 min 320 manat (280 manat x 144 ay) toplanmalıdır:

“Hesablamalar göstərir ki, 40 min 320 manatı ayda 500 manat maaş alan şəxs 30 ilə toplaya bilər. Belə ki, aylıq 500 manat maaş ildə 6000 (500 manat x 12 ay) manat edir, onun da 25 faizi və ya ildə 1500 manatı pensiya fonduna köçürürülür, pensiya fondu yığılmış sığorta kapitalının 10 faizini idarə saxlanma xərcləri kimi özünə götürür, 90 faizini sizin hesabınızda yerləşdirir, yəni hər il 150 manatı çıxıb yerdə qalan 1350 manatı şəxsi sığorta hesabına yükləyir. İndi gəlin hesablayaq görək, ildə 1350 manat sığorta kapitalı hesabı ilə 40 min 320 manatı neçə ilə yığa bilərik. 40320/1350 = 29,86. Deməli minimum məbləğdə pensiya almaq hüququ qazanmaq üçün 30 il fasiləsiz işləmək və hər ay da orta hesabla 500 manat maaş almaq lazımdır.

Məsələ burasındadır ki, minimum məbləğdə pensiya almaq hüququ qazanmaq üçün tələb olunan məbləğ 2023-cü il üçün 40320 manatdır, gələn il minimum pensiyanı 320 manata qaldıranda bu məbləğ 46080 manat olacaq. Onda 500 manat əmək haqqı alan 34,1 il işləməli olacaq. 2025-ci ildə minimum pensiyanı 360 manata qalxanda bu məbləğ 51840 manat olacaq, onda 500 manatlıq əmək haqqı ilə 38,4 il fasisləsiz işləmək lazım olacaq. Bu gedişatla ölkədə pensiya alanların sayı ildən-ilə sürətlə azalacaq”.