Pensiyaların gecikdirilməsinin səbəbi: “Bunu etməsələr, bədəli ağır olacaq”backend

Pensiyaların gecikdirilməsinin səbəbi: “Bunu etməsələr, bədəli ağır olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Höküməti pensiyaları “Əmək pensiyaları haqqında” Qanunun tələbinə uyğun olaraq orta aylıq nominat əmək haqqının 2022-ci il üçün artım tempinə müvafiq surətdə indeksləşdirməyə və vaxtında ödəməyə çağırıram”.

Bu sözləri bu ay üzrə pensiyaların verilməsinin gecikdirilməsinə münasibət bildirən iqtisadçı Qubad İbadoğlu İnterpress.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, pensiyaların indeksləşdirilməsi ilə bağlı dəyişiklik ola bilər:

“Adətən pensiyalar iş günündən asılı olaraq hər ayın ikinci həftəsi, bəzən ayın 6 və ya 7-də, bəzən də ayın 8 və 9-da verilir. Lakin bu ay indeksləşdirmə gözlənildiyindən pensiyaların verilməsi ləngiyir. Təəssüflər olsun ki, bununla bağlı rəsmi açıqlama da yoxdur. Görünür, bu il üçün indeksləşdirmənin təxminən 15 faiz ətrafında gözlənilməsi əlavə suallar yaradıb. Ona görə də pensiyaların indeksləşdirilərək verilməsi gecikdirilir. Höküməti pensiyaları “Əmək pensiyaları haqqında” Qanunun tələbinə uyğun olaraq orta aylıq nominat əmək haqqının 2022-ci il üçün artım tempinə müvafiq surətdə indeksləşdirməyə və vaxtında ödəməyə çağırıram. Bunu etməsələr, bədəli ağır olacaq”.