Pentaqonda KORRUPSİYA: 11 milyard dollar YOXA ÇIXDIbackend

Pentaqonda KORRUPSİYA: 11 milyard dollar YOXA ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyinin büdcəsindən 11 milyard dollar yoxa çıxıb.

İnterpress.az xəbər verir ki, ABŞ Hökumətinin Hesabat İdarəsi ölkənin Müdafiə Departamentini irimiqyaslı fırıldaqçılıq səbəbindən maliyyə itkilərinə nəzarət edə bilməməkdə ittiham edib.

Hesabatda deyilir ki, Pentaqon son 7 ildə demək olar ki, 11 milyard dollar oğurlandığını təsdiqləyib, lakin bu, auditorların fikrincə, real zərərin yalnız kiçik bir hissəsidir.

2019-cu ildən bəri agentlik fırıldaqçılıqla mübarizə üçün Müdafiə Nazirliyinə 17 tövsiyə göndərsə də, onlardan yalnız dördü yerinə yetirilib.

Auditorlar vurğulayıblar ki, qalan tövsiyələrin, o cümlədən məlumat analitikasının istifadəsi Pentaqona yüz milyonlarla dollar qənaət etməyə kömək edə bilər.

Xuraman Etibarlı

İnterpress.az