Peruda yüksək səviyyəli ailədən olan qadının 5000 illik məzarı tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, Peru sahillərində 5 min illik qadın məzarı aşkar edilib.
Qadın yəqin ki, qədim Karal sivilizasiyasının yuxarı təbəqələrinə mənsub olub.
Arxeoloqların fikrincə, Perunun paytaxtı Limadan təxminən 180 km məsafədə yerləşən eyniadlı şəhər Cənubi Amerikanın ən qədim şəhəri hesab olunur və qədim Misir, Çin və Şumer sivilizasiyaları ilə eyni vaxtda məskunlaşıb.
Kəşf sübut edib ki, “bu sivilizasiya ilə təkcə kişilərin mühüm əlaqəsi olmayıb, həm də qadınların da onun tərkib hissəsi idi”.
20-35 yaşları arasında dünyasını dəyişən qadının cəsədi Amazon tutuquşularına aid ola biləcək göy və qəhvəyi rəngli lələklərdən ibarət xalatla örtülmüş vəziyyətdə tapılıb.
Arxeoloqlar əlavə ediblər ki, məzarın ətrafı qurban səbətləri, vazalar, balqabaqlar və tukan dimdiyi ilə əhatə olunub.
Xuraman Etibarlı
İnterpress.az