Pike Şakira ilə ayrıldıqdan iki ay sonra tələbə ilə görüşməyə başlayıb – FOTObackend

Pike Şakira ilə ayrıldıqdan iki ay sonra tələbə ilə görüşməyə başlayıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Jerar Pike kolumbiyalı müğənni Şakira ilə ayrıldıqdan iki ay sonra yeni münasibətə başlayıb.

Futbolçunun yeni sevgilisinin 23 yaşlı tələbə Klara Çia Marti olduğu bildirilir.

“Jerar və Klara bir neçə aydır ki, görüşürlər. Tələbədir, onun ofisində işləyir, tədbirlərin təşkilində kömək edir. Münasibətləri haqqında susurlar, amma ətrafdakı hər kəs nə baş verdiyini bilir”, – deyə mənbədən bildirilib.

Qeyd olunur ki, Jerar Pike Şakiradan cəmi iki ay əvvəl ayrılsa da, onun Klara Çia Marti ilə münasibəti daha əvvəldən olub.

Mənbə onu da əlavə edib ki, futbolçunun yeni sevgilisi jurnalistlərin onun fotolarını tapa bilməməsi üçün Pikenin xahişi ilə bütün sosial media hesablarını silib.

Mnbə: The Sun