Pişiyinin qisasını almaq istəyən qoca 6 maşını YANDIRDI – VİDEObackend

Pişiyinin qisasını almaq istəyən qoca 6 maşını YANDIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda təqaüdçü pişiyinin qisasını almaq üçün qonşusunun avtomobilini yandırıb, daha 5 maşın kül olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində 66 yaşlı təqaüdçü sevimli pişiyinin ölümünə görə qonşusundan qisas almaq məqsədilə görünməmiş addım atıb.

Yaşlı kişi binanın həyətində dayanan “miniven” tipli avtomobili yandırıb.

O, iddia edib ki, həmin maşının sahibi onun sevimli ev heyvanını nəqliyyat vasitəsi ilə vuraraq öldürüb. Lakin yandırılan avtomobildən çıxan alovlar sürətlə ətrafdakı digər nəqliyyat vasitələrinə də keçib.

Nəticədə həyətdəki beş avtomobil tamamilə yanaraq kül olub, daha bir maşına isə ciddi ziyan dəyib. Yanğın nəticəsində ümumilikdə 6 nəqliyyat vasitəsi zərər çəkib.

Hadisədən qısa müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 66 yaşlı təqaüdçü saxlanılıb.

Faktla bağlı “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə” maddəsi ilə cinayət işi açılıb. Pişiyinin qisasını yanğın törətməklə almağa çalışan yaşlı kişini yerli qanunvericiliyə əsasən 5 ilə qədər həbs cəzası gözləyir.

Hazırda hadisə nəticəsində zərərçəkmiş avtomobil sahiblərinə dəymiş maddi ziyanın həcmi hesablanır.

Xuraman Etibarlı

İnterpress.az