Piylənmə ilə MÜBARİZƏ: İnsanlar küçələrdə tərəzidə ÇƏKİLƏCƏK – FOTObackend

Piylənmə ilə MÜBARİZƏ: İnsanlar küçələrdə tərəzidə ÇƏKİLƏCƏK – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə piylənmə ilə mübarizə üçün insanlar küçələrdə ölçüləcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Berliner Morgenpost” məlumat yayıb.Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan piylənmə ilə mübarizə üçün qeyri-adi və iddialı bir təşəbbüs irəli sürüb.

“Çəkini bil – sağlam yaşa” dövlət kampaniyası çərçivəsində milyonlarla ölkə vətəndaşı küçələrdə kütləvi şəkildə tərəzidə çəkiləcək.

Ərdoğan tərəfindən irəli sürülən proqramın məqsədi artıq çəki və piylənmə ilə mübarizə haqqında ictimaiyyəti məlumatlandırmaqdır və iyulun 10-dək davam edəcək.

Bu müddət ərzində təxminən on milyon nəfərin çəkilməsi planlaşdırılır.

Türklərin 30%-dən çoxu piylənmədən əziyyət çəkir. Bu, Aİ-nin orta göstəricisindən demək olar ki, iki dəfə çoxdur.

Xuraman Etibarlı

İnterpress.az