Azərbaycanın Milli Qəhrəmanı, Şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım Həşimova bir neçə gündür Türkiyədədir.
Turkustan.az xəbər verir ki, Səmayə xanım oktyabrın 27-də Ankarada “Asri-Cebeci” məzarlığında uyuyan Azərbaycan Milli Hərəkatının, Azərbaycan Xalq Cümhuriyyətinin lideri ölümsüz lideri Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.