Polkovnik: “Tezliklə əsl qəhrəmanları tanıyacağıq”backend

Polkovnik: “Tezliklə əsl qəhrəmanları tanıyacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycanın sürətlə inkişaf edən ölkələr sırasında olması, Ordumuzun regionun ən güclü ordusuna çevrilməsi danılmaz faktdır. Lakin görünən odur ki, bu inkişafa sevinməyənlər və durmadan qarayaxma kompaniyası aparanlar son zamanlar daha da aktivləşib. Dövlətimizə və ordumuza qarşı qarayaxma kampaniyası aparanlar son vaxtlar yaman fəallaşıblar”.

İnterpress.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik Adil Həsənov deyib.

Onun sözlərinə görə, xüsusən bu il avqustun 23-də Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd göstərən “Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirini tutan hərbi qulluqçular ehtiyata buraxılıb” adı altında yalan iddialarla sosial şəbəkələrdə daha çox uydurma, əsassız paylaşımlar edir və şoular quraşdırırlar:

“Keçmiş bir hərbçi kimi məxfiçiliyə əməl etməyin, xüsusən Orduda nə dərəcədə əhəmiyyətli olduğunu çox gözəl bilirəm. Əvvəla hər kəs bilməlidir ki, əmrin tələblərini pozmaqla smart telefonlar işlədərək məxfiçilik qaydalarını pozan həmin hərbi qulluqçular heç də qeyd olunan erməni kəşfiyyatçısını tutanlar deyil. Çox güman ki, biz hamımız tezliklə əsl qəhrəmanları tanıyacağıq. Telefonla çəkiliş edib özlərini reklam edənlər isə necə deyərlər “hamam suyuna özünə dost axtaranlardandır”. Onların məqsədi sadəcə özlərini reklam etmək, qohum-əqrəba, dost-tanış arasında “dırnaqarası şöhrət” qazanmaqdan başqa bir şey deyil. Mən sadəcə bir hərbçi kimi onu deyə bilərəm ki, erməni dığasının görüntüləri əgər yayılmasa idi, birincisi ermənilər hələ də onun harada olması barədə məlumatsız qalacaqdı. İkincisi və ən əsası isə onun vasitəsi ilə daha çox kəşfiyyat xarakterli məlumatlar əldə etmək mümkün olacaqdı. Bəzi “qəhrəmanlar”ın sayəsində ən azı bu iki şansı əlimizdən qaçırmış olduq”.

Ehtiyatda olan polkovnik hesab edir ki, əgər onlar hansısa “töhmət” və ya digər intizam cəzası ilə cəzalandırılaraq hərbi xidmətdə qalmış olsaydılar, bu, həm onların gələcəkdə baş verə biləcək növbəti bu kimi hallarda yenə “başqasının hesabına xal qazanmaq” kompaniyalarının davam edəcəyinə, həm də digər şəxslərdə də bu kimi hərəkətlərə yol vermə istəyinin yaranamasına səbəb olardı:

“Bütün bunların müqabilində əgər hələ də deyirlərsə ki, bu adamları hərbidən niyə çıxardıblar, onda məncə, bu sualın cavabını vicdanı olan hər bir Azərbaycan vətəndaşı verə bilər. Müdafiə Nazirliyi rəhbərliyinin bu qərarını zamanında verilən düzgün qərar kimi qiymətləndirirəm. Müdafiə Nazirliyinin verdiyi məlumatdan aydın oldu ki, iş hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib. Əminəm ki, orda da fakta düzgün qiymət veriləcək və günahkar şəxslər layiq olduqları cəzalarını alacaqdır”.

İnterpress.az