Polşanın Qdansk şəhərinin mərkəzində 28 yaşlı Gürcüstan vətəndaşı hücuma məruz qalıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki , 41 yaşlı polyak Gürcüstan vətəndaşına hücum edərək başından xəsarət yetirib.
Polis hücum edən şəxsi isti izlərlə saxlayıb.
Polyak ayrı-seçkilikdə ittiham olunaraq prokurorluğa aparılıb. Saxlanılan şəxsi 5 ilə qədər həbs gözləyir.
Yaralı 28 yaşlı şəxs təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.