Polşanın şərqində sərnişin qatarı relsdən çıxıb, 20 nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Polşanın Dövlət Yanğın Xidməti məlumat yayıb.
Məlumata görə, sərnişin qatarı dəmir yolu keçidində yük maşını ilə toqquşub.
Qəza nəticəsində qatarın altı vaqonunun hamısı qismən relsdən çıxıb.
Hadisə zamanı 20 nəfər xəsarət alıb.
Xuraman Etibarlı
İnterpress.az






