Polşa tarixində ilk dəfə olaraq paytaxt Varşavada raketdən müdafiə sistemi yerləşdirib.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak məlumat verib.
O bildirib ki, Varşava səmasının təhlükəsizliyini ABŞ-nin “Patriot” sistemi qoruyacaq.
Qeyd olunub ki, sabahdan etibarən döyüş növbətçiliyi başlayacaq.