“Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək əzmindədir”.
İnterpress.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı təbrik məktubunda əksini tapıb.
“Əminəm ki, həm dövlətlərarası münasibətlərimiz, həm də Avropa İttifaqı çərçivəsində qarşılıqlı maraq doğuran qarşılıqlı fəaliyyətimiz bundan sonra ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir”, – məktubda qeyd olunub.