Prezident: Azərbaycana qarşı müharibə cinayətləri törədənlər Ermənistan cəmiyyətində qəhrəman kimi təqdim edilibbackend

Prezident: Azərbaycana qarşı müharibə cinayətləri törədənlər Ermənistan cəmiyyətində qəhrəman kimi təqdim edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana qarşı vandalizm, dağıdıcılıq, müharibə cinayətləri həyata keçirənlər Ermənistan cəmiyyətində qəhrəman kimi təqdim edilib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

“2 il öncə İkinci Qarabağ müharibəsində əldə edilən qələbə nəticəsində Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdi, üç onillik boyunca davam etmiş Qarabağ münaqişəsinə son qoydu, ədaləti təmin etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş Ermənistan qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz geri çəkilməsini tələb edən 4 qətnaməsinin həyata keçirilməsini icra etdi.

Təxminən 30 illik işğal boyunca bizim kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılıb, murdarlanıb və talan edilib. Hətta məscidlər heyvanların saxlanılması üçün tövlə kimi istifadə edilib.

Təəssüf ki, 3 onillik boyunca Ermənistan cəmiyyətinin bu cür vandalizmə qarşı çıxmasını biz heç vaxt eşitmədik, əksinə bu dağıdıcılıq və erməni vandallar, müharibə cinayətkarları vəsf edildi və hətta qəhrəmanlar kimi təqdim edildi”, – dövlət başçısı qeyd edib.