Prezidentin təltif etdiyi Amil Cavadova medalı təqdim olunubbackend

Prezidentin təltif etdiyi Amil Cavadova medalı təqdim olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2023-cü il tarixli müvafiq Sərəncamı ilə səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadova vəsiqə və medal təqdim olunub.

Bu barədə İnterpress.az xəbər verir.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2023-cü il tarixli müvafiq Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş əməkdaşlarına vəsiqə və medallar təqdim olunub.

Komitə sədri Mübariz Qurbanlı dövlət qulluğunun məsuliyyətindən bəhs edərək əməkdaşları bir daha təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Təltif olunmuş Komitə əməkdaşları çıxış edərək fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.