Putin Belarus, Qazaxıstan, Ermənistan, və Qırğızıstan liderlərini Avrasiya İqtisadi İttifaqı Günü münasibətilə təbrik edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Putin Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərini Avrasiya İqtisadi İttifaqı Günü münasibətilə təbrik edib.
“Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya prosesləri çox dinamik və səmərəli inkişaf edir.
Əminəm ki, biz konstruktiv çoxtərəfli əməkdaşlığı hər cür yolla – xalqlarımızın mənafeyi naminə, Avrasiya məkanında rifah və sabitliyin təmin edilməsi maraqları naminə bundan sonra da qurmağa davam edəcəyik”, – Putinin təbrikində deyilir.
Xuraman Etibarlı
İnterpress.az