Putin: “Lukaşenko deyir kartofu Rusiyaya satıblar, məlum oldu ki, bizdə bu, çatışmır” – VİDEObackend

Putin: “Lukaşenko deyir kartofu Rusiyaya satıblar, məlum oldu ki, bizdə bu, çatışmır” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məlum olub ki, bizdə də kartof çatışmır”.

İnterpress.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya – Fürsətlər ölkəsi” ANO-nun müşahidə şurasının iclasında deyib.

“Lukaşenko ölkədəki kartof qıtlığı barədə danışıb və deyib ki, “biz artıq hər şeyi Rusiyaya satmışıq”, – Putin bildirib.

Rusiya prezidenti atası ilə necə kartof əkdiyini xatırladıb və qeyd edib ki, o, Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko ilə Rusiya və Belarusda bu tərəvəzin qıtlığını müzakirə edib.

“Kartofa gəlincə, mən də bir vaxtlar valideynlərimlə birlikdə əkmişdim, atam məni bu işlə tanış edib. Bu kartofu əkib sonra alaq otlarından təmizləmək asan iş deyil”, – o etiraf edib.

“Belə çıxır ki, bizdə kartof çatışmır. Mən Aleksandr Qriqoryeviç Lukaşenko ilə danışmışam, o deyir ki, onlar artıq bütün kartofu Rusiyaya satıblar. Deməli, burada da görüləsi işlər var”, – Putin qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az