Putin Rusiyada sevilən prezidentin ADINI ÇƏKDİbackend

Putin Rusiyada sevilən prezidentin ADINI ÇƏKDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin Rusiyada sevilən prezidentin adını çəkib.

İnterepress.az xəbər verir ki, Putin Nikaraqua prezidenti Orteqaya salamlarını göndərərək Rusiyada onu sevdiklərini bildirib.

Rusiya prezidenti Vladimir Putin Nikaraqua Prezidentinin Rusiya Federasiyası ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Laureano Orteqa Murillodan onun salamlarını Nikaraqua lideri Daniel Orteqaya çatdırmağı xahiş edib.

“Biz onu çox sevirik və həmişə onu görməyə şadıq”, – Rusiya prezidenti xüsusi nümayəndəyə müraciət edərək deyib.

Laureano Orteqa Murillo Daniel Orteqanın oğludur. O bildirib ki, mayın sonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşmək üçün Rusiyaya qayıtmağı planlaşdırır.

Xuraman Etibarlı

İnterepress.az