Putinlə Tramp arasında heç bir danışıq olmayıb, yalan məlumatdır – Peskovbackend

Putinlə Tramp arasında heç bir danışıq olmayıb, yalan məlumatdır – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton Post”un bu yaxınlarda yazdığı Putinlə Tramp arasında heç bir söhbət olmayıb, bu yalan məlumatdır.

İnterpress.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 11-də keçirdiyi brifinqdə bildirib.

Kreml ABŞ prezident seçkilərində Respublikaçıların qələbəsindən sonra Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı olduğunu təkzib edir.

“Heç bir söhbət olmayıb. Bu, indi bəzən hətta kifayət qədər hörmətli nəşrlərdə dərc olunan məlumatların keyfiyyətinin ən bariz nümunəsidir. Bu tamamilə doğru deyil. Bu, sırf uydurmadır, bu, sadəcə olaraq, yalan məlumatdır”, – Peskov deyib.

Xartırladaq ki, bir gün əvvəl “The Washington Post” mənbələrinə istinadən yazıb ki, Putin və Tramp noyabrın 7-də telefonla danışıb, o cümlədən Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

Xuraman Etibarlı

İnterpress.az