Qadağan olunmuş silah: Fosfor bombasıbackend

Qadağan olunmuş silah: Fosfor bombası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadağan olunmuş silahlardan biri də fosfor bombasıdır. Bu silah dünyada bir çox müharibələrdə istifadə edilib. Eləcə də İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbyacan ərazilərində bu silahdan tətbiq olunub. İnterpress.az fosfor bombası ilə bağlı hazırladığı məlumatları təqdim edir:

Tərkibində ağ fosfor adlı kimyəvi maddə olan partlayıcı “1980-ci il Adi Silahlar Konvensiyası” çərçivəsində qadağan olunmuş silahlar arasındadır.

Bomba partlayanda ətrafa ağ fosfor hissəcikləri səpələnir.

Fosfor maddəsi oksigenlə təmasda olduqda, öz-özünə alovlanır və 800 dərəcə istiyə çatır.

İnsan dərisinə toxunduqda, sümüklərə nüfuz edən ciddi kimyəvi yanıqlara səbəb olur.

Fosfor tüstüsü nəfəs aldıqda ağciyərlərdə yaralara və hətta yanıqlara səbəb olur.

İnsan ya boğularaq, ya da bədənindəki yanıqlar səbəbindən ölür.

Fosfor bombaları insan sağlamlığı ilə yanaşı ətraf mühitə də zərərlidir.

Onun törətdiyi yanğınlar meşələri, kənd təsərrüfatı sahələrini və su ehtiyatlarını məhv edir.