Qadın atletlərin bədən nahiyələrinin yaxın planda çəkilməsinə QADAĞA QOYULDU – FOTObackend

Qadın atletlərin bədən nahiyələrinin yaxın planda çəkilməsinə QADAĞA QOYULDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada qadın idmançıların bədən nahiyələrinin yaxın planda çəkilməsi qadağan edilib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Avropada yüngül atletika yarışlarının yayımı ilə bağlı yeni rəsmi qaydalar tətbiq olunub. Yeni təlimatlara əsasən, operatorlara qadın idmançıların bədən nahiyələrini xüsusi vurğulayan aşağı bucaqlı çəkilişlərdən və bədən hissələrinin yaxın plandakı kadrlarından imtina etmək tövsiyə olunur.

Bundan sonra yayım zamanı əsas diqqətin idmançıların texnikasına, emosiyalarına və birbaşa idman mübarizəsinin özünə yönəldilməsi tələb olunur.

Bu qərarın qəbul edilməsinə qadın atletlərin çoxsaylı şikayətləri səbəb olub.

Onlar bu növ kadrların tez-tez yayımlardan kəsilərək sosial şəbəkələrdə qeyri-etik məqsədlərlə paylaşıldığını və yayıldığını bildiriblər.

Xuraman Etibarlı

İnterpress.аz