backend

Qanada silahlı hücumda 9 nəfər həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qananın şimalında baş verən silahlı hücumda 9 nəfərin həyatını itirdiyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pusiga bölgə rəisi Zubeiru Abdulai verdiyi açıqlamada, Qana ilə Toqo sərhədindəki Pusiqa bölgəsinin Cinkasse kəndində şəxsiyyətləri hələ müəyyən edilməmiş silahlı şəxslərin ticarətçiləri daşıyan avtomobilə hücum etdiyini bildirib.

Əbdüləi hücumda 9 nəfərin öldüyünü, çoxlu sayda insanın yaralandığını bildirib.

Qanada yaraqlılar arasında zorakılıq nadir olsa da, qonşu Toqo və Fil Dişi Sahilindəki yaraqlılar şimal sərhədləri boyunca ara-sıra hücumlar təşkil edirlər.