Qarabağdakı qanunsuz rejim özünü buraxdığını elan edibbackend

Qarabağdakı qanunsuz rejim özünü buraxdığını elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejim özünü buraxdığını elan edib.

“İnterpress.az” xəbər verir ki, separatçıların rəhbəri Samvel Şahramanyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın mövcudluğuna xitam verilməsi haqqında “qərar” imzalayıb.

Qeyd olunub ki, mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan Respublikasının nümayəndələri ilə əldə edilmiş razılığı nəzərə alaraq, “Dağlıq Qarabağ” sakinlərinin sərbəst, könüllü və maneəsiz keçidi, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakları ilə Laçın yolu boyunca nəqliyyat vasitələri ilə təmin olunduğu üçün separatçı rejimin fəaliyyətinin dayandırılması qərara alınıb.

Bildirilib ki, Qarabağın erməni əhalisi Qarabağda qalmaq (qayıtmaq) mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək üçün mərkəzi hakimiyyət orqanları tərəfindən təqdim olunan reinteqrasiya şərtləri ilə tanış olmalıdır.