ABŞ-də ailə qarajdan gələn səsə baxmağa gedəndə yenot dəstəsi ilə üz-üzə qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
ABŞ-də bir ailə qarajdan gələn qəribə səslərə görə ora enəndə gözləmədikləri mənzərə ilə qarşılaşıb. Qarajda bir neçə yenotdan ibarət “dəstə” toplaşmışdı və onların evə girməyə çalışdığı ehtimal olunur.
Görüldüklərini anlayan kimi heyvanlar elə bil donub qalıb – hər biri olduğu yerdə pozasını saxlayaraq insanlara baxmağa davam edib.
Kadrlarda yenotların hamısının “oöğurluq üstündə tutulmuş kimi” hərəkətsiz qalması sosial şəbəkələrdə viral olub.
Xuraman Etibarlı
İnterpress.az






