Qatar nəsli kəsilməkdə olan ceyranların nəhəng sürüsünü MƏHV ETDİ – VİDEObackend

Qatar nəsli kəsilməkdə olan ceyranların nəhəng sürüsünü MƏHV ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trans-Baykal diyarında qatar nəsli kəsilməkdə olan antilopların nəhəng sürüsünü əzib.

İnterpress.az xəbər verir ki, bu barəfə Rusiya mediası məlumat yayıb.

Trans-Baykal Dəmiryolunun cənub marşrutu ilə hərəkət edən qatar nadir monqol antilopları olan ceyran sürüsünü məhv edib.

Heyvanların böyük bir qrupu relslə qaçarkən onların üzərindən ağır qatar keçib.

Maşinist dayanmayıb və təkərlər yazıq heyvanları bir neçə saniyə ərzində xurd-xəşil edib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Xuraman Etibarlı

İnterpress.az