“Alıye Parusı”da ölən ikinci şəxs Ermənistandan olan kamikadze olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
KİV-in məlumatına görə, qatil MON-50 minası daşıyırmış. Armen Sarkisyan liftdən çıxan zaman kamikadze partlayıcını işə salıb.
Ehtimal olunur ki, partlayış törədən şəxs əvvəllər məhkum olunmuş Ermənistan vətəndaşıdır.
Hazırda iki əsas versiya nəzərdən keçirilir: Sarkisyanın Arbat batalyonunun yaradıcısı kimi fəaliyyəti ilə bağlı Ukrayna izi və tütün bazarının yenidən bölüşdürülməsi.
O, xaricdən ölkənin ən böyük tütün tədarükçülərindən biri olub.
Xuraman Etibarlı
İnterpress.az