USAID-in Vaşinqtondakı əməkdaşları işə çıxmamaq barədə e-poçt məktubu alırlar.
İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, USAID-in Vaşinqtondakı mənzil-qərargahında əməkdaşları işə çıxmamağı xahiş edən e-poçt məktubu alırlar.
Jurnalistlərin bildirdiyinə görə, ötən həftə agentliyin dünya üzrə humanitar fəaliyyətini əks etdirən loqo və fotoşəkillər USAİD ofislərindən yığışdırılıb.
Qeyd edək ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlanıb.
Milyarder İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) agentliyin məxfi məlumatlarının olduğu bütün kompüter sistemlərini nəzarətə götürüb.
Xuraman Etibarlı
İnterpress.az