Kursk vilayətindən olan ruslar nankordur – Apti Alaudinov – VİDEObackend

Kursk vilayətindən olan ruslar nankordur – Apti Alaudinov – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kursk vilayətindən olan qaçqınlar nankordurlar.

İnterpress.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Apti Alaudinov deyib.

Onun sözlərinə görə, uşaqlıqda sadə qara çörək və şəkərli çay əsl ləzzət idisə, indi qaçqınlar göstərilən yardımı qiymətləndirmirlər.

“Müvəqqəti məskunlaşma mərkəzlərində evlərini itirən insanlar dövlət borcu ucbatından yeməksiz qaldığı bir vaxtda bunu necə demək olar?!

Və əslində, Kursk bölgəsində sərhədi Alaudinovun rəhbərlik etdiyi “Axmat” alayı qorumalı idi. Amma o, bacarmadı və artıq altı aydır ki, rayonun bir hissəsi işğal olunub”, – Rusiya mediası yazıb.

Xuraman Etibarlı

İnterpress.az