Vətəndaşlara XƏBƏRDARLIQ: Qida, su və dərman ehtiyatı SAXLAYINbackend

Vətəndaşlara XƏBƏRDARLIQ: Qida, su və dərman ehtiyatı SAXLAYIN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya hakimiyyəti vətəndaşlara qida, su və dərman ehtiyatı saxlamağı tövsiyə edir.

İnterpress.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

Bütün bunlar ölkə BRELL enerji sistemindən (Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın elektrik halqası) çıxmasından sonra mümkün elektrik kəsilməsi ilə əlaqədardır.

Fevralın 9-da Litva, Latviya və Estoniyanın kontinental Avropa sistemi ilə sinxronlaşdırılması planlaşdırılır və tədbirlər bununla bağlıdır.

Respublikada mərkəzləşdirilmiş elektrik enerjisi 72 saat ərzində kəsilə bilər.

Bundan əlavə, estoniyalılara alternativ işıq mənbələri, batareyalar və akkumulyatorlar ehtiyatı toplamaq tövsiyə olunur.

Xuraman Etibarlı

İnterpress.az