HƏMAS ilk mərhələdə rusiyalı Aleksandr Trufanovu qaytarmağa söz verib.
İnterpress.az xəbər verir ki, bu barədə fevralın 3-də HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu-Mərzuk danışıb.
HƏMAS Saşanı vətəndaşlığı olduğu Rusiyaya xidmət kimi qaytarılacağına söz verib.
“Biz Rusiyanın müraciətinə yalnız Rusiya prezidenti Vladimir Putinə hörmət olaraq cavab verdik. Xarkin hərbi əsirdir, onun azad edilməsi üçün danışıqlar birinci deyil, ikinci mərhələdə aparılacaq”, – Əbu-Mərzuk bildirib.
İkili İsrail-Rusiya vətəndaşlığı olan İkinci girov Maksim Xarkin isə hələ azad edilməyəcək.
Xuraman Etibarlı
İnterpress.az