İsrail ordusu Cenində öldürülən terrorçuların dəfn edilməsinə icazə verib.
İnterpress.az xəbər verir ki, bu barədə ərəb kanalları məlumat yayıb.
Bildirilir ki, bu səhər İsrail Müdafiə Qüvvələri Cenində öldürülən terrorçuların dəfn edilməsinə icazə verib.
Mövcud məlumata görə, terrorçuların dəfn edilməsinə razılıq yalnız İsrailin aşağıdakı şərtləri irəli sürməsindən sonra alınıb və onlar qəbul edilib:
Mərasimlərə icazə verilmir, mərsiyə qadağandır, terrorçunun cəsədi çiyinlərdə daşınmır.
Bundan əlavə, hər bir terrorçunun yalnız üç ailə üzvü dəfn mərasimində iştirak edə bilər.
Xuraman Etibarlı
İnterpress.az