Hindistanda arvad ərini böyrəyini satmağa vadar edib və pulları götürüb qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Hindistanda arvad ərini böyrəyini satmağa razı salıb, sonra bütün pulları oğurlayıb və sevgilisi ilə birlikdə qaçıb.
Kişi arvadının sözlərinə inanıb və böyrəyini 11500 dollara satıb. Həyat yoldaşı onu inandırıb ki, pul 10 yaşlı qızının təhsilinə xərclənəcək.
Əməliyyatdan sonra kişi bütün pulu həyat yoldaşına etibar edib. Qadın isə pulları oğurlayıb sosial şəbəkələrdə tanış olduğu sevgilisinin yanına gedib. Məlum olub ki, o, ailəsini tərk etməyi çoxdan planlaşdırıb, amma bundan əvvəl ərini son qəpiyə qədər almaq qərarına gəlib.
Xuraman Etibarlı
İnterpress.az