Qazaxıstan və İtaliya strateji tərəfdaşlığı GÜCLƏNDİRİR – FOTObackend

Qazaxıstan və İtaliya strateji tərəfdaşlığı GÜCLƏNDİRİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan və İtaliya strateji tərəfdaşlığı gücləndirir.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Qazaxıstan prezidenti Tokayev Astanada səfərdə olan İtaliyanın baş naziri Meloni ilə görüşüb.

Onlar ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Danışıqların yekununda tərəflər 8 sənəd imzalayıb və Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyanat qəbul ediblər.

“İtaliya Qazaxıstanın dünyada üçüncü ən böyük ticarət tərəfdaşıdır, eyni zamanda Avropada ən böyük tərəfdaşıdır.

Ötən il ölkələr arasında ticarət dövriyyəsi 24% artaraq 20 milyard dollara çatıb”, – Tokayev bildirib.

“Biz Qazaxıstanın və bütün regionun Qərblə Şərqi birləşdirən tarixi kəsişmə nöqtəsi kimi əhəmiyyətini tanıyırıq”, – Meloni öz növbəsində vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az