Qazaxıstanda iğtişaşlarda iştirakda ittiham olunan qırğızıstanlı musiqiçi azadlığa buraxıldıbackend

Qazaxıstanda iğtişaşlarda iştirakda ittiham olunan qırğızıstanlı musiqiçi azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən muzdlu kimi təqdim edilən qırğızıstanlı caz musiqiçisi Vikram Ruzaxunov azadlığa buraxılıb.

Yerli mətbuatın məlumatına görə, o, indi vətəninə, Qırğızıstana qayıdır.

Yanvarın 9-da Qazaxıstan dövlət telekanalları Ruzaxunovun naməlum şəxslərin etiraz aksiyalarında iştirakına görə guya ona 200 dollar ödəməsi barədə etiraf videosunu nümayiş etdirib.

Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan və iğtişaşlarda iştirakda ittiham olunan Ruzaxunov tez-tez Almatıya qastrol səfərinə gedirmiş. Yeni illə bağlı onu bu şəhərə konsert proqramları keçirmək üçün dəvət ediblər. Almatıya bilet 2021-ci il dekabrın 16-da alınıb və yanvarın 2-də o, qonşu respublikaya uçub. Daxili İşlər Nazirliyi artıq müəyyən edib ki, Ruzaxunov Bişkek hava limanında anası ilə birgə olub. Musiqiçinin Qazaxıstanda qohumu yoxdur və qonşu respublikaya yalnız konsert proqramları keçirmək, həmçinin musiqi festivallarında iştirak etmək üçün dəvətlə gedib.

Xatırladaq ki, Qırğızıstan rəsmiləri Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı bu ölkəyə nota göndərib.