Qazaxıstanda qanlı döyüşlər gedirbackend

Qazaxıstanda qanlı döyüşlər gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsinin sədrini dəyişdi, mitinqçiləri terrorçu adlandırdı və KTMT-dən yardım gözlədiyini açıqlayıb. 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstandakı vəziyyətlə bağlı açıqlama verib.
“Bir neçə dəqiqə əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı olub. Mövcud vəziyyətdən çıxmaq üçün KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri kimi KTMT-nin dəstəyini gözləyən Qazaxıstan prezidentinin müraciətini nəzərə alaraq, təşkilata üzv dövlətlərin rəhbərləri ilə təcili məsləhətləşmələrə başlayıram”, – deyə Paşinyan Facebook səhifəsində yazıb.
Tokayev Milli Təhlükəsizlik Komitəsinin sədrini istefaya göndərib yerinə başqasını təyin etdi
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimovu vəzifəsindən azad edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb.
Tokayevin digər sərəncamı ilə bu vəzifəyə Yermek Aldabergenoviç Saqimbayev təyin edilib.
Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi etirazçılarla döyüşür
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı bildirib ki, onun ölkəsində terrorçu dəstələr iri obyektləri ələ keçirir, təyyarələri qaçırırlar.
Sputnik Qazaxıstan xəbər verir ki, ölkə prezidentinin sözlərinə görə, terrorçu dəstələr Alma-Atıda 5 təyyarəni qaçırıb:
“Almatıda terrorçu dəstələr xarici təyyarələr də daxil olmaqla 5 təyyarəni qaçırıblar. Qazaxıstanda iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə ciddi təlim keçiblər”.
Tokayev əlavə edib ki, Almatıda və digər şəhərlərdə infrastruktur binalar ələ keçirilib:
“Hazırda Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”.