Qazaxıstanda terror fəaliyyətinə görə daha iki nəfər SAXLANILDIbackend

Qazaxıstanda terror fəaliyyətinə görə daha iki nəfər SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda terror fəaliyyətinə görə daha iki nəfər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (DTK) mətbuat xidməti məlumat yayıb.

Qazaxıstanın Almatı vilayətinin sakini ölkədə terror aktları törətmək üçün terror qruplaşması yaratmağı planlaşdırdığına, başqa dindarlara terror ideologiyasını aşıladığına və onları öz sıralarına cəlb etməyə cəhd etdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilib. Aktobe vilayətinin sakini xaricdə hərbi əməliyyatlarda iştirak etmək çağırışlarına və qanunsuz olaraq odlu silah saxlamağa görə eyni sayda il alıb.

Həmçinin qeyd olunub ki, ilin əvvəlindən Qazaxıstanda 34 nəfər terrorçuluq işi üzrə mühakimə olunub, daha 23 nəfərin istintaqı davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az