Qətər Suriya Təhlükəsizlik Qüvvələrinə təlim keçməyə KÖMƏK EDİRbackend

Qətər Suriya Təhlükəsizlik Qüvvələrinə təlim keçməyə KÖMƏK EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Suriya Təhlükəsizlik Qüvvələrinə təlim keçməyə kömək edir.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin Kan 11 telekanalı Qətərə yaxın və vəziyyətlə tanış olan suriyalı mənbələrə istinadən məlumat yayıb.

Qətər prezident Əhməd əl-Şaraaya dəstək məqsədilə Suriya təhlükəsizlik qüvvələrinə təlim keçməyə yardım etməyə başlayıb.

Qeyd olunur ki, bu, ABŞ dövlət katibi Rubionun Suriya rejiminin bir neçə həftə ərzində çökə biləcəyi ilə bağlı açıqlaması fonunda baş verir.

Doha Suriyada polis kimi xidmət etmək və asayişi qorumaq üçün kiçik əməliyyat qruplarına təlim keçib.

Təlimlər Qətər ərazisində keçirilir. Bundan əlavə, Doha Suriya dövlət qulluqçularına aylıq qrantlar ödəyir.

Xuraman Etibarlı

İnterpress.az