Gürcüstanın Marneuli rayonunda bu gün gecə saatlarında baş vermiş qətl hadisəsi ilə əlaqədar Marneuli-Algeti-Əzizkənt yolunun bir hissəsi iki tərəfli bağlanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, bu yolda müvəqqəti olaraq avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Hazırda hadisə yerində araşdırma aparılır.
Qeyd edək ki, Gürcüstanın azərbaycanlıların məskunlaşdığı Marneuli rayonunda axşam saatlarında qətl hadisəsi baş verib.
Belə ki, qətlə yetirilən şəxs Marneuli sakini Rasim Qərəhməzlidir.