Çinin Nannin şəhərində avtomobil parkinqlərinin damında bağlar salınıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Çinin Nannin (Nanning) şəhərində yay mövsümünə ekoloji və qeyri-adi şəkildə hazırlıq görülüb. Şəhərdəki avtomobil parkinqlərinin adi beton dam örtüklərinin yerində böyük yaşıl bağlar salınıb.
Bu təşəbbüs həm şəhərin estetik estetik görünüşünü yaxşılaşdırır, həm də yay aylarında asfalt və beton səthlərin yaratdığı kəskin istiləşmənin (şəhər istilik adası effektinin) qarşısını almağa kömək edir.
Mütəxəssislər qeyd edirlər ki, damlarda salınan yaşıl bağlar təbii izolyasiya rolunu oynayaraq binaların və parkinq sahələrinin daxili temperaturunu əhəmiyyətli dərəcədə aşağı salır.
Bu isə öz növbəsində yayda soyutma sistemlərindən istifadəni və elektrik enerjisi sərfiyyatını azaldır.
Şəhər rəhbərliyi bu cür yaşıl layihələri digər binaların damlarında da tətbiq etməyi planlaşdırır ki, bu da ekoloji cəhətdən daha təmiz və “nəfəs alan” şəhər mühitinin yaradılmasına xidmət edəcək.
Xuraman Etibarlı
İnterpress.az






