Qeysəriyyə əməliyyatı zamanı həkim xəstələrə təcavüz edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ultimo Segundo” məlumat yayıb. Anestezioloq qeysəriyyə əməliyyatı zamanı anesteziya altında olan xəstələrin köməksizliyindən istifadə edərək ifşa edilənə qədər zorakılıq hərəkətləri edib.
2022-ci ildə Covanni Quintella Bezerra San Juan de Meritidəki qadın xəstəxanasında anestezioloq kimi çalışıb.
Zorakılıq xarakterli seksual hərəkətlərdən biri iyul ayında baş verib və Covanninin həmkarları tərəfindən videoya çəkilib.
Həmin gün kişi, sonradan məlum olduğu kimi, qeysəriyyə əməliyyatına ehtiyacı olan başqa bir qadına da eyni şəkildə təcavüz edib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs yerindəcə saxlanılaraq, tibb vəsiqəsindən məhrum edilərək istintaqa təhvil verilib.
Rio-de-Janeyro məhkəməsi onu 30 il həbs cəzasına məhkum edib və mənəvi ziyana görə hər qurbana 50 min real (təxminən 15 min 350 man) ödəməyə qərar verib.
Xuraman Etibarlı
İnterpress.az