Qəzzada BMT-nin 9 əməkdaşı həlak olubbackend

Qəzzada BMT-nin 9 əməkdaşı həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) 9 əməkdaşı həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə təşkilatın “X” hesabında paylaşım olunub.

Təşkilatdan bildirilib ki, hücumlar nəticəsində BMT-nin 18 məktəbi və qərargahı dağıdılıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.