Qəzzada daha bir jurnalisti həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Əl-Əqsa televiziyası məlumat yayıb. Bildirilir ki, İsrail təyyarələri Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsində “Əl-Əqsa” televiziyasının əməkdaşlarının işlədiyi yol kəsişməsinə bomba atıb.
Fotojurnalist və operator Məhəmməd əl-Tanani hadisə yerində ölüb, müxbir Tamir Labad isə yaralanıb.
Hava hücumundan sonra İsrail hərbçiləri təcili yardım maşınlarının çəkiliş qrupuna çatmasına icazə verməyib.
Bununla da 2023-cü il oktyabrın 7-dən öldürülən jurnalistlərin sayı 176-ya çatıb.
Xuraman Etibarlı
İnterpress.az