Siyasi QALMAQAL: Qırğızıstan XİN Rusiya səfirinə NOTA VERDİ – VİDEObackend

Siyasi QALMAQAL: Qırğızıstan XİN Rusiya səfirinə NOTA VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan Xarici İşlər Nazirliyi Moskvadakı kütləvi həbslərlə bağlı Rusiya səfirinə nota verib.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən nazir müavini İmanqaziyevin Rusiya səfiri Vakunovla görüşündə bildirilib.

“Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın, habelə Qırğızıstan vətəndaşlarına qarşı güc tətbiqinin əsasları barədə məlumat vermək və güc tətbiqi əsassız olarsa, hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı tədbir görmək tələbi ilə rəsmi nota verilib”, – XİN-in məlumatında deyilir.

Bundan əlavə, Qırğızıstan vətəndaşlarının hüquqlarının müdafiəsi üçün təsirli tədbirlərin görülməsi və “Qırğızıstan-Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə biləcək” oxşar vəziyyətin gələcəkdə baş verməsinin qarşısının alınması xahişi də ifadə olunub.

Xuraman Etibarlı

İnterpress.az