Qırğızıstanda rus dilinin rəsmi statusu ilə bağlı qərar verildibackend

Qırğızıstanda rus dilinin rəsmi statusu ilə bağlı qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda rus dili rəsmi statusda qalacaq.

Bu barədə respublikanın Konstitusiya iclasında məlumat verilib.

“İnsan və Vətəndaş Hüquqları və Azadlıqları” bölməsinin rəhbəri Nurlan Şeripovun verdiyi məlumata görə, qırğız dili dövlət, rus dili isə rəsmi dil olaraq qalacaq.

O, ingilis dilinə də status verilməsi barədə təklif olduğunu, lakin bu təşəbbüsün dəstəklənmədiyini bildirib.

Xatırladaq ki, Qırğızıstan Konstitusiya Şurasının üzvü Sadirdin Toraliyev rus dilinin rəsmi statusundan məhrum edilməsi təklifini iləri sürmüşdü.

 

İnterpress.az