Cənubi Koreyaya məxsus qırıcı təyyarə Alyaskadakı bazanın uçuş-enmə zolağına çatmamış qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Cənubi Koreya mediası məlumat yayıb.
Bilıdirilir ki, Cənubi Koreyaya məxsus iki yerlik KF-16D qırıcı təyyarəsi Alyaskadakı Eyelson Hərbi Hava Qüvvələri bazasında uçuş-enmə zolağına çatmamış qəzaya uğrayıb.
Təyyarə alovlanıb və kabinədən çıxan iki pilot xəstəxanaya yerləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az