Orenburq milyarderinin oğulları şəhərin mərkəzində qız üstündə atışma törədiblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Orenburqda biznes imperiyasının sahibi, milyarder Vladimir Makarovun üç oğlu fitnes mərkəzinin sahibi Pyotr Makeyevi travmatik silahla güllələyib.
Əvvəlcə Makar Makarov və Pyotr Makeyev arasında münaqişə restoranda başlayıb. Kişilər bir-birini təhdid etməyə başlayıblar, amma bununla da bitməyib.
Küçədə dava başlayıb. Orada Makarov qardaşları – Makar, Yeqor və Zaxar maşınlarından silah götürüb, sadəcə olaraq Makeyevi güllələrlə deşib, sonra da döyüblər.
İlkin məlumata görə, bütün münaqişə Makarov qardaşlarından birinin sevgilisinin Makeyevə üstünlük verməsi səbəbindən başlayıb.
Zərərçəkən Makeyevin altı güllə yarası var. O, reanimasiyadadır, əməliyyat olunub.
Makarov qardaşları atışmadan dərhal sonra qaçıblar. Faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az